BAKI, 15 MART. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna qoşunlarına Kursk bölgəsində silahlarını atıb təslim olmaları təklifi hələ də qüvvədədir, amma Kiyevin vaxtı bitir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Vladimir Putinin qərarı hələ də qüvvədədir, lakin onların vaxtı azalır", - o qeyd edib.

Qeyd edək ki, Kreml başçısı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən hərbi əməliyyat müşavirəsində Ukrayna döyüşçülərinə Kursk bölgəsində silahlarını qoyub təslim olduqları təqdirdə həyatlarının qorunacağına və onlarla layiqli şəkildə davranılacağına zəmanət verib.

"Bunun üçün müvafiq əmri Ukraynanın hərbi-siyasi rəhbərliyi verməlidir", - V. Putin vurğulayıb.