MİNGƏÇEVİR, 3 mart. TELEQRAF

Mingəçevirdə gənc müəllim bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Yevlax rayon Xaldan qəsəbə tam orta məktəbin tarix müəllimi 1987-ci il təvəllüdlü Gülnar Əlizadə yaşadığı Rəsul Rza küçəsindəki evdə qazdan zəhərlənib.

Onun meyiti bu gün səhər saatlarında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.