BAKI, 2 mart. TELEQRAF
Biləsuvar rayonunun Bəydili kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.