BAKI, 3 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən binanın 1-ci mərtəbəsində yerləşən obyektin damına yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xərəklə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.