BAKI, 15 Fevral. TELEQRAF

Sumqayıt şəhərində dəniz kənarında avtomat silahı və patron aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Sumqayıt şəhərində yerləşən dənizkənarı ərazidə 1 avtomat silahı və 4 ədəd patron tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.