
BAKI, 14 fevral. TELEQRAF
Fevralın 11-i Sabunçu rayon Maştağa qəsəbəsi ərazisində yerləşən Narkoloji dispanserdə daha bir ölüm hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, dispanserdə müalicə alan Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü R.Dadaşov ölüb.
Qeyd edək ki, 3 gün əvvəl dispanserdə müalicə alan Bakı şəhər sakini 52 yaşlı S.Həsənov yıxılaraq ölmüşdü.