BAKI, 10 fevral. TELEQRAF

Polis əməkdaşları narkotiklərlə bağlı bir neçə əməliyyat keçirib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbirləri ilə fevralın 8-də və 9-da ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.