GORANBOY, 9 fevral. TELEQRAF

Goranboy rayonunun Zeyvə kəndi yaxınlığında baş verən yol qəzasında ölən Məhəmməd Bayramov ailənin tək oğlan övladı imiş.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Səfikürd kənd sakini olan M.Bayramov nişanlı imiş, mart ayında toyu olacaqdı.

Onun atası Talıb Bayramov Birinci Qarabağ müharibəsinin veteranıdır, ağır döyüşlərdə iştirak edib.

Məhəmmədin ailəsi Səfikürd kəndində yaşayır, əsasən təsərrüfatla məşğuldur.

Qeyd edək ki, qəza zamanı "VAZ-2107" markalı avtomobillə "PİKAP" markalı maşın toqquşub. "VAZ" markalı avtomobili M.Bayramov idarə edib. Qəzada daha 6 nəfər yaralanıb.