
Bakı, 8 fevral. TELEQRAF
Balakən rayonunun Kortala kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin konstruksiyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.