Rusiya Hava Qüvvələrinə məxsus "Tu-22m" bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə İrkutsk vilayətinin Çeremxovo rayonunda baş verib.

"Tu-22m" bombardmançı təyyarəsi qonşu Usolski rayonundakı Belaya aerodromundan havaya qalxıb. Hələlik ekipajın vəziyyəti ilə bağlı məlumat yoxdur.