Türkiyənin "Ankaragücü"nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə klub rəhbərliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları "Şanlıurfaspor" oyununa gəlməyib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da bu komandanın üzvüdür. "Ankaragücü" Türkiyənin 1-ci liqasında çıxış edir.