Xaçmazda avtomobil motosikletlə toqquşub, ölən var.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.