İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində türk əsgər şəhid olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsində yerləşdirdiyi əldəqayırma partlayıcının işə düşməsi nəticəsində çavuş Bahadır Rıdvan Talay şəhid olub.