Ukraynanın Xarkov şəhərinin ətrafında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Zerkalo Nedeli” nəşrinin teleqram kanalında bildirilib.

“Xarkov, yerli ictimaiyyət şəhərətrafı ərazilərdə partlayışın baş verdiyini bildirir”, - materialda deyilir.

Partlayış anında bütün Xarkov vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

Bölgədəki vəziyyətlə bağlı digər təfərrüatlar açıqlanmayıb.