Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Seymur Qafarzadəni saxlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Həmin şəxs rayon ərazisində “Kamaz”markalı yük avtomobilini oğurlayıb. Onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.