Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Keçirilən tədbirlərə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.