Sumqayıt şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İbrahim İbrahimov idarə etdiyi “Toyota” markalı avtomobillə həmyerlisi 2 yaşlı Rəvanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.