
Sumqayıt şəhərində bayram axşamı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Teleqraf.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.