Biləsuvarda yanğın olub.

Teleqraf.com-un FHN-nin saytına istinadən məlumatına görə, rayonun Ovçubərə kəndində ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.