BAKI, 7 mart. TELEQRAF
İran müharibə və gərginliyin artmasını istəmir, lakin heç vaxt təslim olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani bildirib.
Onun sözlərinə görə, Tehran qarşıdurmanın genişlənməsində maraqlı deyil, lakin ölkə öz mövqeyindən geri çəkilmək niyyətində deyil.