GƏNCƏ, 5 mart. TELEQRAF

Gəncə avtomobil evə çırpılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb. Sürücü idarə etdiyi "Chevrolet" markalı avtomobilin idarəetməsini itirib və maşın 5 mərtəbəli binanın birinci mərtəbəsində pəncərəni sıradan çıxararaq evin içərisinə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.