BAKI, 7 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın guya İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı iddiaları şərh etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp bu mövzuda verilən sualı “axmaq sual” adlandıraraq deyib ki, hazırkı vəziyyətdə daha vacib məsələlər müzakirə olunur.

“Bu, burada məşğul olduğumuz məsələlərlə müqayisədə sadə problemdir. Amma dürüst ola bilərəmmi? Mən sizə hörmət edirəm, siz həmişə mənə qarşı çox mehriban olmusunuz. Lakin bu an üçün bu necə də axmaq sualdır. Biz başqa məsələləri müzakirə edirik”, - deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl "The Washington Post" qəzeti Rusiyanın İrana zərbələri tənzimləmək üçün kəşfiyyat məlumatları ötürdüyünü iddia edən material dərc etmişdi.