BAKI, 7 mart. TELEQRAF
İsrailin maliyyə naziri Betsalel Smotriçin oğlu Livan-İsrail sərhədində baş verən döyüşlər zamanı yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail ordusunda xidmət edən nazirin oğlu döyüşlər zamanı yüngül xəsarət alıb və onun həyatına təhlükə yoxdur.
Bildirilir ki, İsrailin müdafiə naziri İsrael Kats yaralı hərbçiyə tezliklə sağalması arzularını çatdırıb.