BAKI, 5 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Sumqayıt şəhərində 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.