BAKI, 6 mart. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiyevna vəfat edib.

Teleqraf xəbər verir ki, 1962-ci il təvəllüdlü hakim qəfil ürək tutması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Kuimova Vera Gennadiyevna 2000-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.

Bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.