BAKI, 4 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti dördüncü mərtəbədə dayanıb və 2012-ci il təvəllüdlü yeniyetmə liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan yeniyetməni xilas ediblər.