BAKI, 7 mart. TELEQRAF

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-nin ölkəyə qarşı hücumlar zamanı xüsusi ehtiyatda saxlanılan silahlardan istifadə etdiyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəsmi nümayəndəsi general Əbülfəzl Şekarçi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ İran əleyhinə əməliyyatlar zamanı arsenalında olan müxtəlif silahları sınaqdan keçirib və hətta ehtiyatda saxlanılan bəzi silah növlərini də istifadə edib.

“Amerikalılar bütün silahlarını sınaqdan keçiriblər və hətta üçüncü dünya müharibəsi üçün saxlanılan ehtiyat silahları da çıxararaq hazırda bizə qarşı istifadə edirlər”, – deyə Şekarçi bildirib.

General bildirib ki, bu səbəbdən ABŞ gələcəkdə başqa bir ölkə ilə mümkün münaqişə vəziyyətində daha həssas vəziyyətdə qala bilər.