MİNGƏÇEVİR, 4 mart. TELEQRAF
Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürüb.
Teleqrafın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə "Dəli Kür" restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində baş verib.
1981-ci il təvəllüdlü işçi Mahmudov Zaur Musa oğlu ərazidə iş gördüyü zaman elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.