BAKI, 6 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Abdullayev Ramin Elşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.