BAKI, 7 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İrandan buraxılan ballistik raketi məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raket Əl-Xarc şəhəri yaxınlığında yerləşən və ABŞ hərbçilərinin də yerləşdirildiyi şahzadə Sultan aviabazasına doğru buraxılıb.
Nazirliyin açıqlamasına görə, ölkənin hava hücumundan müdafiə sistemləri raketi vaxtında aşkar edərək havada məhv edib.