BAKI, 6 mart. TELEQRAF
Xəzər rayon sakini 21 yaşlı Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03 şəhər nömrələri və (050) 821-00-11, (055) 611-83-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
