BAKI, 7 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı müdafiə sənayesi şirkətlərinin silah istehsalının həcmini artırmağa razılaşdıqlarını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, hərbi sənaye müəssisələri bəzi silah növlərinin istehsalını dörd dəfə artırmağa razılıq veriblər.
“Onlar ‘yüksək səviyyəli’ silahların istehsalını dörd dəfə artırmağa razılaşdılar. Biz mümkün qədər tez maksimum səviyyəyə çatmaq istəyirik. İstehsalın genişləndirilməsi görüşdən üç ay əvvəl başlayıb və bir çox silah növlərinin istehsalı artıq tam gücü ilə davam edir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, hazırda ABŞ orta və orta-yüksək kateqoriyalı sursatların demək olar ki, tükənməz ehtiyatına malikdir. Onun sözlərinə görə, bu silahlar İrana qarşı əməliyyatlarda, həmçinin əvvəllər Venesuelada istifadə olunub.