BAKI, 5 mart. TELEQRAF

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.