BAKI, 6 mart. TELEQRAF

Bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

BDYPİ-dən Teleqraf-a verilən məlumata görə, Sərxan Kazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.