BAKI, 7 mart. TELEQRAF

ABŞ İordaniyada yerləşən THAAD raketdən müdafiə sisteminin zədələnmiş radiolokasiya stansiyasını (RLS) təcili şəkildə dəyişməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən radar yerüstü raketdən müdafiə sisteminin “kritik əhəmiyyətli komponenti” hesab olunur.

Nəşr qeyd edir ki, zədələnmiş avadanlığın nə vaxtadək dəyişdiriləcəyi ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.

Bundan əvvəl CNN telekanalı peyk görüntülərinə istinadən bildirmişdi ki, radar ehtimal ki, İranla silahlı qarşıdurmanın ilk günlərində məhv edilib.