BAKI, 4 mart. TELEQRAF
Martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ilkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.