BAKI, 11 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsilə bağlı başlanan axtarış-xilasetmə işlərinin son vəziyyəti müzakirə olunub.
Gürcüstanın Baş naziri faciəli qəza ilə bağlı Türkiyə Prezidentinə başsağlığı verib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Kobaxidzeyə göstərdiyi dəstəyə görə təşəkkür edib.