BAKI, 24 fevral. TELEQRAF

Ötən ay Dövlət Sosial Müdafiə Fondu tərəfindən 463 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 92 mln. manat, Prezident təqaüdləri üzrə 58 mln. manat ödənilib.

"Yanvar ayında 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 738 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- məlumatda qeyd olunub.