Fransada AzTV-nin əməkdaşlarına edilən hücuma görə çox təəssüflənirəm.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon sosial media hesabında yazıb.

O ümid edir ki, bu əməlləri törədənlər tutulacaq.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.