Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov diplomatların peşə bayramı ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:

"Dövlətimizin maraqlarının, xalqımızın milli varlığının qorunmasında, böyük Qələbəmizin siyasi əsaslarının təmin edilməsində Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətti icra edən fədakar diplomatlarımızı peşə bayramı günü münasibətilə təbrik edirəm".