Ermənistan qoşunları Azərbaycanın ərazilərindən çıxarılmayancayana qədər Cənubi Qafqazda sülhün elan edilməsi qeyri-mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

"Ali baş komandan İlham Əliyev xalqa dünənki müraciətində də nəyin nə zaman edilməsi, mövqeyi haqqında fikirlərini çatdırdı. Açıq deyəcəyəm, dövlətimizə müxtəlif təzyiqlər var və Ali baş komandan bu təzyiqlərə mərdi-mərdanə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük və bundan sonra da olacaq. Biz beynəlxalq dairələrdə də zidd yanaşmaları görürük.

Tələbimiz beynəlxalq sərhədlər daxilində ərazi bütövlüyümüzün bərpasıdır. Azərbaycan əsgərlərinə eşq olsun! Əgər humanitar atəşkəs zamanı düşmən tərəfindən atəşkəs pozularsa, adekvat cavab veriləcəkdir", - deyə Hikmət Hacıyev qeyd edib.