Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

“Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.