BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Vaşinqton İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmasaydı, Tehran 2023-cü ildə nüvə silahı əldə edə bilərdi.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Bu, indiyədək qoşulduğumuz ən təhlükəli razılaşma olardı və onun qüvvədə qalmasına icazə verilsəydi, dünya indi tamamilə fərqli olardı”, - deyə Ağ Ev rəhbəri bildirib.

Bundan əvvəl Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin xəbərdarlıqlarını nəzərə almadığını demişdi.

ABŞ prezidentinin sözlərinə görə, Tehran uranın zənginləşdirilməsindən tam şəkildə imtina etməlidir.