BAKI, 4 mart. TELEQRAF

ABŞ-yə məxsus B-2 strateji bombardmançıları İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə zərbələr endirir.

Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, B-2 bombardmançıları SEPAH-ın komanda məntəqələrini, silah anbarlarını və İranın raket proqramı ilə bağlı yığım kompleksini hədəfə alır. Bildirilir ki, əməliyyat hazırda da davam edir.

Bundan bir qədər əvvəl İranın "Tasnim" agentliyi İranın ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsini vurduğunu iddia etmişdi.