BAKI, 13 mart. TELEQRAF
Bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyandan ayrılan Anna Akopyan keçmiş həyat yoldaşının təbliğatını aparmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” mənbələrə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, baş nazirin keçmiş xanımı Armavirdə keçirilən bir ziyafətdə hamının təəccübünə səbəb olub:
“Anna Akopyan masa arxasında yenidən Nikol Paşinyanın lehinə lobbiçilik edib. O deyib ki, nə olur-olsun, ölkəni xilas edə biləcək yeganə insan Paşinyandır.
Mənbələrin məlumatına görə, o elə bir mövqe tutub ki, guya onun Paşinyandan ayrılmasının heç bir əhəmiyyəti yoxdur və uyğun fürsət yaranarsa, yenə də onu dəstəkləməyə hazırdır”.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.