BAKI, 9 mart. TELEQRAF
ASTARA, 9 mart. TELEQRAF
“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, axşam saatlarında Meksikanın İrandakı səfiri Gilyermo Puente Ordorika Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.
Səfir media nümayəndələrinə açıqlamasında bildirib:
"İndi Azərbaycana gəlmişəm. Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi burada Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, gərgin vəziyyət bizim buraya gəlməyimizin səbəblərindən biridir. Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq."
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.
***
18:18
“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sərhəd-keçid məntəqəsindən 7 nəfərdən ibarət meksikalı diplomatlar və onların ailə üzvlərindən ibarət heyət təxliyə olunub.
Onlar sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.
***
16:01
“Astara” Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə əcnəbi vətəndaşların təxliyə prosesi davam edir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, son məlumatlara görə, məntəqə vasitəsilə 10 nəfər Polşa vətəndaşı təhlükəsiz şəkildə təxliyə olunub.
***
14:02
"Astara" Dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə azərbaycanlıların təxliyəsi həyata keçirilir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hazırkı saatlarda sərhədi 6 nəfər Azərbaycan vətəndaşı keçib.
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına əməl olunmaqla davam etdirilir.