BAKI, 3 mart. TELEQRAF

İran Prezidenti Masud Pezeşkian ali dini lider Ali Xameneinin qətlə yetirilməsinin İsrail və ABŞ üçün rüsvayçılıqla nəticələndiyini bildirib.

Teleqraf xəbər verir ki, Pezeşkian bu barədə “Telegram” kanalında paylaşım edib.

“Ali liderin qətli İsrailə və ABŞ-yə heç nə qazandırmadı və onlar üçün rüsvayçılıq oldu. Bu gün məscidlərdə, küçə və meydanlarda matəm saxlayan xalqımız göstərdi ki, düşmənin planlarını həyata keçirməsinə imkan verməyəcək”, - İran prezidenti qeyd edib.