BAKI, 5 mart. TELEQRAF

Xəbər verdiyimiz kimi, bu gün İran ərazisindən Naxçıvana dron hücumları həyata keçirilib.

Teleqraf-ın məlumatına görə, bu məqamda İranın hücum zamanı hansı dronlardan istifadə etdiyi də müzakirə mövzusuna çevrilib.

İlkin məlumatlara görə, molla rejimi Naxçıvana hücum zamanı “Arash-2” dronlarından istifadə edib. Kamikadze tipli sözügedən dron əsasən uzaq məsafədəki hədəflərə zərbə endirmək üçün tətbiq olunur.

2000 km-ə qədər uçuş məsafəsi olan bu dronlar yük maşınından raket-tipli katapultla buraxılır. Uzun məsafəli dəqiq zərbə üçün hazırlanan dronun radar sistemlərini tapıb vurmaq üçün xüsusi proqramlaşdırıla bildiyi deyilir. “Arash-2” həm də radardan yayınan, tədqiqat aparan pilotsuz uçuş aparatıdır, yüksək dağıdıcılıq qabiliyyətə malikdir.

“Arash-2” dronu ilk dəfə 2019-cu ildə təqdim edilib. İran ordusunun istifadəsinə isə təxminən 2020-ci ildən daxil edildiyi bildirilir. Bu model əvvəlki “Arash-1” kamikadze dronunun daha böyük və daha uzaqmənzilli versiyasıdır.

Hərbi analitiklər belə kamikadze dronların qiymətinin təxminən 100-300 min ABŞ dolları dəyərində olduğunu bildirirlər.