BAKI, 12 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranda ölkəni idarə etməyə qadir olan şəxslərin hakimiyyətdə olmasını istədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Vaşinqton İranda dövlət idarəçiliyini həyata keçirə bilən rəhbərlik görmək istəyir.
“İdeal olaraq biz orada (İran rəhbərliyində – red.) nə etdiyini bilən insanları görmək istərdik. Başqa sözlə, dövləti qura bilən şəxsləri”, - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl Tramp martın 8-də "ABC News" telekanalına müsahibəsində demişdi ki, ABŞ-nin razılığı olmadan İranda yeni ali lider uzun müddət hakimiyyətdə qala bilməyəcək.