BAKI, 13 mart. TELEQRAF

Qazaxın Azərbaycana qaytarılan kəndlərinin bərpası ilə bağlı işlər görülür.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qazax rayonunun 30 il Ermənistanın işğalı altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının razılaşması əsasında Azərbaycana geri qaytarılıb. Bununla da 6,5 km² ərazinin Azərbaycana qaytarılması təmin olunub və delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Hazırda həmin kəndlərin bərpası istiqamətində işlər aparılır.